Almaniya millisinin üzvü MLS klubunda - RƏSMİ
29.01.2026 - 22:42
"Leypsiq"in hücumçusu Timo Vernerin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, almaniyalı forvard ABŞ-nin "San-Xose Ertkveyks" komandası ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, MLS təmsilçisi 29 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Timo Verner karyerası ərzində "Ştutqart", "Çelsi" və "Tottenhem" klublarının da formasını geyinib.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0