"Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir
18.06.2025 - 11:33
"Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir

"Arsenal" və "Çelsi" heyətlərini gücləndirmək üçün yeni variantlar araşdırırlar.

Apasport.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" və "təqaüdçülər" "Aston Villa"nın oyunçusu Morqan Rocersi diqqətlə izləyirlər.

2024/2025 mövsümündə Morqan Rocers 54 oyun keçirib, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının 22 yaşlı futbolçunu 55 milyon avro olaraq qiymətləndirib.