“Arsenal”dan “Ayaks”a - RƏSMİ
02.02.2026 - 00:26
“Arsenal”ın futbolçusu Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirəcək.
Apasport.az xəbər verir ki, ukraynalı sol cinah müdafiəçisi “Ayaks”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “topçular” 29 yaşlı oyunçunun satışından 1,5 milyon avro gəlir əldə edib. Ukrayna millisinin üzvü ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Zinçenko mövsümün ilk hissəsini icarə əsasında “Notingem Forest”də keçirib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0