"Arsenal"ın futbolçusu Braziliya klubuna keçə bilər
10.01.2025 - 13:22

"Arsenal" və İtaliya millisinin üzvü Jorjinyo Braziliya klubuna transfer ola bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli futbolçu London klubunun heyətində möhkəmlənə bilmədiyi üçün özünə yeni komanda tapmaq istəyir.
"Palmeyras" Jorjinyonu heyətinə qatmaq niyyətindədir.
33 yaşlı yarımmüdafiəçi Braziliya klubuna keçməkdə maraqlıdır. Onun "Arsenal"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, italyan futbolçu bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlər daxil olmaqla 17 matça çıxıb.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0