Asensio Premyer Liqada - rəsmi
04.02.2025 - 00:57
Asensio Premyer Liqada - rəsmi

PSJ-nin futbolçusu Marko Asensio komandanı tərk edib.

Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək.

Yarımmüdafiəçi "Aston Villa"ya transfer olub.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı "Aston Villa"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. 

Qeyd edək ki, Asensio bu mövsüm PSJ-də 16 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

0