“Atalanta”dan 25 milyon avroluq transfer
20.08.2025 - 23:54

"Atalanta" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Leççe" forması geyinən Nikola Krstoviçi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, A Seriyası təmsilçisi bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək. 25 yaşlı forvard yeni komandasında 90 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Krstoviç ötən mövsüm "Leççe"nin heyətində çıxış etdiyi 38 rəsmi matçda 12 qol və 5 assistlə yadda qalıb.
0
0