"Atletiko" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirmək istəyir
22.03.2025 - 18:33
"Atletiko" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirmək istəyir

"Vilyarreal"ın və İspaniya millisinin yarımmüdafiəçisi Aleks Baena klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb. 

23 yaşlı ispan futbolçu ilə "Atletiko Madrid" maraqlanır.

Klub rəhbərliyi Baenanın Dieqo Simeonenin oyun sxeminə  uyğunlaşacağına inanır.

Xatırladaq ki, Aleksin müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var.

Yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 25 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.