“Ayaks” baş məşqçisi ilə bağlı qərarını verdi - YOLLAR AYRILDI
06.11.2025 - 20:47
“Ayaks” baş məşqçisi ilə bağlı qərarını verdi - YOLLAR AYRILDI

"Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 41 yaşlı çalışdırıcının müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Con Heytinqa mövsümün əvvəlində "Ayaks"ın baş məşqçisi postuna təyin olunmuşdu.