"Fənərbaxça"da prezidentliyə namizəd Aziz Yıldırım baş məşqçi postu ilə bağlı planını açıqlayıb.
Apasport.az xəbər verir ki, o, HT Spor kanalında yayımlanan proqramda prezident seçiləcəyi təqdirdə komandanı Aykut Kocamana tapşıracağını bildirib.
Yıldırım təcrübəli mütəxəssisin klubu yaxşı tanıdığını və yenidən komandaya fayda verə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Aykut Kocaman "Fənərbaxça"nı iki müxtəlif dönəmdə çalışdırıb. O, 2010/11 mövsümündə İstanbul təmsilçisini Türkiyə çempionu edib. Kocaman sonradan 2017-2018-ci illərdə də komandaya rəhbərlik edib.
"Fənərbaxça"da prezident seçkilərinin nəticələrinə sabah aydınlıq gələcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı