“Barsa” almaniyalı məşqçi ilə müqavilə yeniləyib - RƏSMİ
21.05.2025 - 23:26
“Barsa” almaniyalı məşqçi ilə müqavilə yeniləyib - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən "Barselona" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

"Barselona" almaniyalı mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq sözləşməni daha bir il müddətinə uzadıb.

Qeyd edək ki, Flik ötən ilin iyulundan "Barsa"ya rəhbərlik edir. O, bu mövsüm La Liqa, ölkə kuboku və superkubokunu qazanıb.