“Barsa”nın üzvü zədələndi
02.03.2025 - 20:58
“Barsa”nın üzvü zədələndi

“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib.

Apasport.az “Marca”ya istinadən xəbər verir ki, danimarkalı futbolçu məşq zamanı sıradan çıxıb.

Onun sağ ayağının bud əzələsi dartılıb.

Kristensen 4 həftə meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, müdafiəçi bir həftə əvvəl uzunmüddətli zədədən qayıtmışdı.

Qeyd edək ki, 28 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2026-da başa çatacaq.