"Barselona" cari ildə ilk dəfə məğlub olub
16.04.2025 - 10:36
"Barselona" cari ildə ilk dəfə məğlub olub

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Borussiya”nın qonağı olan “Barselona” bu il ilk dəfə məğlubiyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma alman təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşədək 2025-ci ildə 20 qələbə və 4 heç-heçə ilə irəliləyən Kataloniya klubu üçün bu, ilk məğlubiyyət olub.

Qeyd edək ki, “Barselona” ilk oyunda “Borussiya”nı 4:0 hesabı ilə məğlub etmişdi və iki oyunun nəticəsinə əsasən ümumi hesabda 5:3 üstünlük qazanaraq yarımfinala vəsiqə qazanıb.