“Barselona” ispaniyalı müdafiəçi ilə müqaviləsini yenilədi
13.02.2025 - 18:49

“Barselona” futbolçusu Pau Kubarsi ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, ispan müdafiəçi 2029-cu ilə qədər kataloniyalıların şərəfini qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kubarsi bu mövsüm 36 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0