“Barselona” XXI əsrdə ilk dəfə
24.08.2025 - 15:12
“Barselona” XXI əsrdə ilk dəfə

“Barselona” XXI əsrdə rekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda buna La Liqanın II turunun “Levante” ilə matçında nail olub.

Kataloniyalılar cari yüzillikdə ilk dəfə yerli çempionat oyununda 0:2-dən geridönüş etməyi bacarıb.

Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə üstələyib.