"Barselona"da ayrılıq - KLUB YETİRMƏSİNİ YOLA SALIR
30.06.2025 - 16:37
"Barselona"da ayrılıq - KLUB YETİRMƏSİNİ YOLA SALIR

“Barselona”da ayrılıq baş verə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub yarımmüdafiəçisi Fermin Lopez üçün gələn təkliflərə açıqdır.

Kataloniyalılar “Liverpul” və “Bavariya”nın maraqlandığı ispaniyalı futbolçu üçün münasib təklifləri dəyərləndirəcək.

Müqaviləsi 2029-cu ilin yayında başa çatacaq 22 yaşlı oyunçunun sərbəstqalma məbləği 500 milyon avrodur. Lakin Kataloniya təmsilçisi ciddi təklifləri gözardı etməyəcək.

Qeyd edək ki, Fermin Lopez “La Masia” yetirməsidir.