"Barselona"dan "Deportivo"ya - RƏSMİ
02.09.2026 - 15:34
"Barselona"dan "Deportivo"ya - RƏSMİ

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado La Liqada klubunu dəyişib.

Apasport.az xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu “Deportivo”ya icarəyə verilib.

Bu barədə La Korunya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kasado 2026/2027 mövsümünün sonuna qədər “Deportivo”nun formasını geyinəcək. Klublar arasındakı razılaşmaya futbolçunun 30 milyon avroya birdəfəlik transferini nəzərdə tutan bənd də daxil edilib.

Qeyd edək ki, Kasado “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm Kataloniya klubunun heyətində 34 rəsmi matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.