“Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
30.09.2026 - 10:27
“Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır

“Barselona”nın futbolçusu Rafinya zədə səbəbindən Braziliya millisinin düşərgəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, 29 yaşlı hücumçu Avstraliya ilə yoldaşlıq görüşündə sağ budunun arxa nahiyəsindən zədə alıb.

Müayinədən sonra futbolçuda əzələ ödemi aşkarlanıb və Braziliya Futbol Federasiyası ehtiyat tədbiri olaraq onu millinin heyətindən çıxarıb.

Rafinya İspaniyaya qayıdaraq müalicəyə başlayacaq. 

“Barselona”nı xüsusilə Rafinyanın UEFA Çempionlar Liqasında “Qalatasaray”la görüşə tam hazır olub-olmayacağı maraqlandırır.

Onun bərpa müddəti hələ ki, bəlli deyil.

Qeyd edək ki, İstanbul təmsilçisi Kataloniya klubunu oktyabrın 13-də RAMS Parkda qəbul edəcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.