
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Benfika" türk vingeri transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Komanda mövsümün sonunda müqaviləsi başa çatan Anxel Di Mariyanın yerinə Yunusu düşünür.
Mənbənin məlumatına görə, "Benfika" yayda 24 yaşlı oyunçusu üçün "cimbom"la danışıqlara başlayacaq.
Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Benfika"da Türkiyə yığmasının üzvləri Kerem Aktürkoğlu ilə Orkun Kökcü çıxış edir.
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
- De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq