“Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
10.06.2026 - 20:47
“Fənərbaxça” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, italiyalı jurnalist Nikolo Şiranın məlumatına görə, İstanbul təmsilçisi “Atalanta”nın malili hücumçusu El Bilal Ture ilə maraqlanır.
Tərəflər arasında ilkin danışıqların başladığı bildirilir. “Sarı-lacivərdlilər” 24 yaşlı forvardın keçid şərtlərini öyrənir.
Qeyd edək ki, El Bilal Ture son mövsümü “Beşiktaş”da icarə əsasında keçirib. Malili futbolçunun müqavilə ilə məxsus olduğu klub isə “Atalanta”dır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0