"Beşiktaş"dan "Qalatasaray"a məzəli sataşma - VİDEO
30.03.2025 - 01:42
"Beşiktaş"dan "Qalatasaray"a məzəli sataşma - VİDEO

Türkiyə Super Liqasında XXIX turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qonaq edib. 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan qalibiyyətlə ayrılan "qara qartal" rəsmi sosial şəbəkə hesabından rəqibin baş məşqçisi və oyunçularına qarşı istehzalı bir video paylaşıb. 

Həmin videonu sizə təqdim edirik: