“Beşiktaş”ın futbolçusu millinin heyətindən çıxarılıb
14.11.2025 - 18:54
“Beşiktaş”ın futbolçusu millinin heyətindən çıxarılıb

Türkiyə millisinin heyətində itki baş verib.

Apasport.az xəbər verir ki, “Beşiktaş”ın müdafiəçisi Emirhan Topçu zədələnib.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ayaq əzələsində zədə aşkarlanan 25 yaşlı futbolçu milli komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Türkiyə millisi noyabrın 15-də saat 21:00-da Bolqarıstanı qəbul edəcək. Vinçenzo Montellanın komandası isə 3 gün sonra İspaniyanın qonağı olacaq.