“Beşiktaş”ın yeni 10 nömrəsi - rəsmi
10.02.2025 - 00:54

Daha əvvəl xəbər verdiyimiz kimi, “Beşiktaş” bu qış ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Ekvador klubu “İndependiente”nin şərəfini qoruyan 19 yaşlı vinger Keni Arroyo ilə müqavilə imzalayıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “Beşiktaş” futbolçu üçün 6,5 milyon avro ödəyəcək.
Forvard yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Ekvador millisinin üzvü “İndependiente”nin yetirməsidir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0