"Bornmut"un futbolçusu "Valensiya" yolunda
13.01.2025 - 21:31
İspaniya La Liqası təmsilçisi "Valensiya" heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, klub heyətinə ingiltərəli müdafiəçi qatıb.
"Bornmut"un futbolçusu Maks Aarons icarə əsasında komandada çıxış edəcək.
25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Razılaşmada "Valensiya"nın Aaronsu transfer etmək hüququ da var. Maks bu mövsümdə cəmi 4 oyunda forma geyinmək şansı qazanıb.
Qeyd edək ki, "Valensiya" İspaniya çempionatında 19 turdan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.
0
0