Braziliya klubu “Milan”ın təklifini rədd edib
26.12.2025 - 18:29
Braziliyanın “Korintians” klubu qapıçı Uqo Souza ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, komanda “Milan”ın oyunçu üçün göndərdiyi təklifi rədd edib.
İtaliya təmsilçisi 26 yaşlı qapıçı üçün 6 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif edib. Lakin “Korintians” bu məbləği çox aşağı hesab edib.
Qeyd edək ki, “Korintians” futbolçunun hüquqlarının 60 faizinə, “Flamenqo” isə 40 faizinə sahibdir.
0
0