Braziliya millisinin üzvü IV Liqa klubunda - RƏSMİ
17.01.2026 - 14:55
Braziliya millisi və “Yuventus”un sabiq üzvü Duqlas Kostanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən İtaliyada çıxış edəcək.
Vinger Seriya D təmsilçisi “Kyevo” ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, braziliyalı futbolçu mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Duqlas Kostanın son klubu Avstraliya təmsilçisi “Sidney” olub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0