Bupendzanı qardaşı öldürüb? - YENİLƏNİB
16.04.2025 - 14:54
Bupendzanı qardaşı öldürüb? - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, "Hatayspor"un sabiq futbolçusu Aaron Bupendza Çində binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunurdu. 

Araşdırmalardan sonra futbolçunun qətlə yetirildiyinə dair şübhələr yaranıb. 

Belə ki, hadisə zamanı onun əvvəllər mübahisə yaşadığı qardaşı da mənzildə olub.

Faktla bağlı araşdırmalar davam edir. 

***

13:13

Bir vaxtlar “Hatayspor”da çıxış edən və Super liqanın bombardiri olan Aaron Bupendza faciəvi şəkildə həlak olub.

Apasport.az xəbər verir ki, qabonlu futbolçu Çində binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunur. 

Xatırladaq ki, Bupendza yanvarın sonunda "Rapid Buxarest"dən Çinin "Zhejiang" klubuna transfer olunmuşdu.