Cekodan fədakarlıq: Əli sınsa da...
14.02.2025 - 16:23
Cekodan fədakarlıq: Əli sınsa da...

"Fənərbaxça"nın daha bir futbolçusu zədəlilər siyahısına qoşulub. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Anderlext"lə ilk matçının 75-ci dəqiqəsində meydandan çıxarılan Edin Ceko sıradan çıxıb. 

Ceko zədələndi

38 yaşlı futbolçunun əlində sınıq aşkarlanıb. Buna baxmayaraq, bosniyalı futbolçu Mert Hakan Yandaş kimi xüsusi sarğı ilə oynaya biləcək. 

Edin Ceko bu mövsüm nə qədər qol vurub? 

Ceko bu mövsüm bütün yarışlarda 35 matçda oynayıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"Fənərbaxça" - "Anderlext" matçının nəticəsi

İstanbulda baş tutan görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. 

"Fənərbaxça"nın zədəli futbolçuları 

Qeyd edək ki, "Fənərbaxça"nın 6 oyunçusu - Dieqo Karlos, Aleksandr Ciku, Rodriqo Bekao, Ceyden Ostervolde, İsmail Yüksek və Çağlar Söyüncü zədəlidir (Bax).