İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çelsi” evdə “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
London təmsilçisinin qələbəsində Alexandro Qarnaçonun vurduğu iki qol və Pedro Netonun dəqiq zərbəsi həlledici olub. Qonaqlar bir qolla fərqlənsələr də, görüşün taleyini dəyişə bilməyiblər.
Apasport.az "Squawka"ya istinadla xəbər verir ki, "Çelsi” son on mövsümdə 11-ci dəfə ölkə kubokunun yarımfinalında çıxış edəcək. Maraqlıdır ki, “mavilər” bu müddət ərzində yalnız bir dəfə final mərhələsini uğurla başa vuraraq kuboku qazana biliblər.
Cari mövsümdə Liqa Kubokunun digər yarımfinalçıları “Nyukasl” – “Fulhem”, “Mançester Siti” – “Brentford” və “Arsenal” – “Kristal Palas” qarşılaşmalarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, turnirin hazırkı qalibi “Nyukasl”dır.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə