“Çelsi”nin futbolçusu “Yuventus”un radarında
29.10.2025 - 16:25
“Çelsi”nin futbolçusu “Yuventus”un radarında

“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “qoca sinyora” qış transfer pəncərəsində oyunçu üçün “zadəganlar”la danışıqlara başlayacaq.

Qeyd edək ki, “Çelsi” Fransa millisinin üzvü olan Malo Qustonu 2023-cü ildə “Lion”dan 30 milyon avroya transfer edib. Futbolçunun London klubuyla müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.