Con Duran “Əl-Nəsr”də - rəsmi
01.02.2025 - 23:07
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Riyad təmsilçisi “Aston Villa”dan Con Duranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
“Əl-Nəsr” Con üçün qarşı tərəfə 77 milyon avro ödəyəcək.
Qeyd edək ki, kolumbiyalı futbolçu bu mövsüm "Aston Villa"nın heyətində çıxış etdiyi 29 rəsmi matçda 12 qolla yadda qalıb.
0
0