DÇ-2025-də stadionlar boş qalıb: ABŞ-də futbola maraq yoxdur
18.06.2025 - 15:52
DÇ-2025-də stadionlar boş qalıb: ABŞ-də futbola maraq yoxdur

ABŞ-də keçirilən FIFA Klublararası Dünya Çempionatına olan maraq gözləntilərin altında qalıb.

Apasport.az xəbər verir ki, mundiala olan marağın aşağı olmasına bir neçə faktor təsir edir. 

Bunlardan ən əsası yerli əhalinin futbola marağının az olmasıdır. Mundialda bu günə qədər keçirilən 8 matçı ümumilikdə 340 min azarkeş izləyib. Halbuki, bu qarşılaşmalar üçün 1.5 milyon bilet satılmışdı.

Digər səbəb isə iştirakçı komandaların ölkələrinin ABŞ-dan uzaqda yerləşməsidir. Belə ki, turnirdə iştirak edən klublar dünyanın müxtəlif qitələrini təmsil edirlər və bu turnir üçün ABŞ-a getmək onlar üçün heç də asan proses deyil.

Lakin bəzi oyunlarda azarkeş sayı gözləntiləri qarşılayıb. Məsələn avropa nəhəngləri PSJ ilə “Atletiko” qarşılaşmasını 80.619 nəfər izləyib. Digər qarşılaşma isə “İnter Mayami” ilə Misir təmsilçisi “Əl-Əhli”nin oyunu idi ki, o matçı 60 min 927 nəfər izləyib.

Bu 2 qarşılaşma xaricində digər oyunlarda tribunalar boş qalıb.