
Futbol üzrə DÇ-2026-nın Cənubi Amerika zonasının seçmə mərhələsində XIII tur başa çatıb.
Apasport.az xəbər verir ki, turun son günündə 2 matç keçirilib.
Turnir cədvəlinin lideri Argentina heyətindəki itkilərə baxmayaraq, Uruqvay səfərindən 3 xalla qayıtmağı bacarıb. Matçın ikinci hissəsində vurulan yeganə qol son dünya çempionlarına qələbə qazandırıb. Messidən məhrum çıxdığı görüşdə qələbə qazanan Argentina xallarının sayını 28-ə çatdırıb.
Ekvadordakı görüşdə isə Enner Valensiya komandasına qələbə qazandırıb. Sabiq "Fənərbaxça"lı Ekvadorun vurduğu 2 qolun da müəllifi olub. 70-ci dəqiqədə isə penaltidən yararlana bilməyib. Uzatma dəqiqələrində Venesuela hesab arasındakı fərqi azaltsa da məğlubiyyətindən yaxa qurtara bilməyib.
Qeyd edək ki, növbəti turun matçları martın 25-də keçiriləcək.
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi
XIII tur
21 mart
Ekvador – Venesuela – 2:1
Jeqson Mendes, 90+3, Danil Kastilyo, 90+3 - Jonder Kadis, 90+1
Uruqvay – Argentina – 0:1
Tyaqo Almada, 68