De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq
15.04.2025 - 10:58
De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq

Karyerasını Premyer Liqada davam etdirmə ehtimalı yüksək olan Kevin De Bruyne ingilis klublarının radarına düşüb. 

“Mançester Siti”dən ayrılan De Bruyne hansı kluba gedəcək?

Apasport.az xəbər verir ki, “Çelsi”, “Arsenal” və “Nyukasl” 33 yaşlı belçikalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.

De Bruyne Premyer Liqada qalmaq istəyir

“Mançester Siti”dən ayrılacağını açıqlayan De Bruyne Premyer Liqada qalmağa üstünlük verir və yekun qərarını mövsüm başa çatdıqdan sonra verəcək.

Məlumata görə, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ulduz oyunçunun İngiltərədə başqa kluba keçmək qərarı verməsinə məyus olub.

De Bruyne Premyer Liqa statistikası

Qeyd edək ki, De Bruyne bu mövsüm 33 matçda 5 qol və 8 assistlə yadda qalıb.