Deşam millidən ayrılacaq
08.01.2025 - 11:17
Deşam millidən ayrılacaq

Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Mütəxəssis yığmanı Şimali Amerikada keçiriləcək DÇ-2026-dan sonra tərk edəcək. 

Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

0