
Luis Diazın transfer ehtimalları
"Liverpul"un kolumbiyalı hücumçusu Luis Diazın yay transfer pəncərəsində klubdan ayrılacağı ilə bağlı şayiələr getdikcə güclənir. 28 yaşlı futbolçuya "Barselona" ilə yanaşı, Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri də maraq göstərir.
Apasport.az "TBR Football" nəşrinə istinadla xəbər verir ki, transfer söz-söhbətlərinə baxmayaraq, Diaz hələ də "Liverpul"da qalmaq və klubla yeni müqavilə imzalamaq fikrindədir.
Luis Diaz Səudiyyə Ərəbistanına keçəcək?
Lakin kolumbiyalı Səudiyyə Ərəbistanından gələn təklifləri tamamilə rədd etmir və mümkün transfer təkliflərini dəyərləndirəcək.
Ulduz futbolçunun gələcəyi hələlik qeyri-müəyyənliyini qoruyur. Onun hansı qərar verəcəyi yay aylarında dəqiqləşəcək.
Diazın "Liverpul"la müqaviləsi nə vaxt bitəcək?
Luis Diazın "Liverpul"la hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq.
"Transfermarkt" təcrübəli hücumçunun bazar dəyərini 85 milyon avro olaraq qiymətləndirir.
Diaz bu mövsüm "qırmızılar"ın heyətində 46 oyunda meydana çıxıb, 15 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.