“Difai”dən növbəti transfer
15.01.2026 - 19:22
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda yarımmüdafiəçi Balamirzə Soltanovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Balamirzə karyerası ərzində "Sabah-2", "Səbail-2", "Cəbrayıl" və MOİK kimi komandaların formalarını geyinib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0