Diniyev oynadı, komandası xal itirdi
23.09.2024 - 11:11
Türkiyə birinci liqasında 6-cı turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" "İstanbulspor"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətdə başlayan Diniyev 84-cü dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb.
"Bandırmaspor" 6 turdan sonra 8 xalla 12-ci pillədə qərarlaşıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0