Dirk Kuyt "Fənərbaxça"ya qayıdır: Bu dəfə məşqçi kimi
21.06.2026 - 01:30
Dirk Kuyt "Fənərbaxça"ya qayıdır: Bu dəfə məşqçi kimi

"Fənərbaxça"nın yeni baş məşqçisi İsmayıl Kartalın texniki heyəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, Kartalın məşqçilər korpusunda klubun sabiq futbolçusu və daha əvvəl "Fənərbaxça"da çalışmış Dirk Kuyt da yer alacaq.

Niderlandlı mütəxəssislə yanaşı, Kerem Güneş, Haluk Kaplan, Sercan Terzioğlu, Cengiz Sırkan, Emre Kartal, Kutay Arslan, Murat Zeki Göle, Melikşah Sezgin və Hasan Gültekin də texniki heyətdə təmsil olunacaq.

Qeyd edək ki, Dirk Kuyt 2012-2015-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.

Niderlandlı keçmiş hücumçu İstanbul klubu ilə 2014-cü ildə Türkiyə çempionluğu qazanıb.