Dünya çempionu karyerasını başa vuracaq - VİDEO
04.04.2025 - 23:24
İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın alman müdafiəçisi Mats Hummels mövsümün sonunda karyerasını bitirəcək.
Apasport.az xəbər verir ki, bu barədə futbolçu rəsmi sosial media hesabından məlumat paylaşıb.
"Roma" müdafiəçinin son klubu olacaq.
Xatırladaq ki, dünya çempionu A Seriyası təmsilçisinə mövsümün əvvəli azad agent statusunda transfer olunmuşdu. O, bu komanda ilə indiyə kimi 18 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü karyerası ərzində "Bavariya" və "Borusiyya Dortmund" kimi komandaların şərəfini qoruyub.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0