"Əl İttihad" Benzema ilə müqavilə yeniləmək istəyir
12.01.2026 - 10:55
“Əl İttihad” futbolçusu Kərim Benzema ilə müqaviləni uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu 38 yaşlı futbolçuya müddəti 2028-ci ilin yayına kimi olan müqavilə təklif etməyə hazırlaşır.
Benzemanın sözləşməsi bu yay başa çatır. O, bu mövsüm çempionatda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.
0
0