Emrelidən “Rakuv”da növbəti qol
03.09.2026 - 21:55
Emrelidən “Rakuv”da növbəti qol

Polşa Ekstraklasasında V turun təxirə salınmış oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Qornik Zabrze”ni qəbul edib.

Ev sahibləri rəqibinə 1:2 hesabı ilə məğlub olub. 29 yaşlı hücumçu bu görüşdə də fərqlənib. Qarşılaşmaya start heyətində başlayan forvard 79-cu dəqiqədə rəqib qapısına yol tapıb.

Bu, Mahirin “Rakuv”un heyətində vurduğu altıncı qol olub.

Qeyd edək ki, Polşa təmsilçisi 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.