Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça"da ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, Yusuf En-Nesiri komandanı tərk edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.
Onun sözlərinə görə, futbolçu "Əl-İttihad"a transfer olunacaq. Bildirilib ki, tərəflər müqavilənin şərtlərində razılığa gəliblər.
Keçidin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqasının transferə icazə verməsi gözlənilir.
İcazə veriləndən sonra barter kimi "Əl-İttihad"dan Nqolo Kante də Türkiyə klubuna qoşulacaq. Klublararası anlaşmaya görə, En-Nesiri "Əl-İttihad"a keçəcək, "Fənərbaxça" isə qarşılığında Nqolo Kanteni heyətinə qatacaq və müəyyən məbləğdə transfer məbləği qazanacaq.
Qeyd edək ki, mərakeşlı futbolçu "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulub. Onun "sarı-lacivərdlilər"lə sözləşməsi 2029-cu ilin iyuluna qədərdir.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza