Türkiyə Super Liqasının 11-ci həftəsində "Antalyaspor" səfərdə "Eyüpspor"u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, matçdan sonra "Antalyaspor"un baş məşqçisi Erol Bulut mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
O, bildirib ki, ötən həftə "Başakşehir"lə matçdan əvvəl klub işçisi bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb:
"Bu problem keçən həftə başladı. Qələbədən sonra bu barədə daha sərbəst danışa bilərik. Təəssüf ki, keçən həftə "Başakşehir" matçından əvvəl klub daxilindən kimsə bütün məlumatları rəqib komandaya çatdırıb. Təəssüf ki, bu matçdan əvvəl də bütün taktikamız rəqib komandaya ötürülüb. Bu məlumatlar bizə çatdı. Bu barədə çox ağır danışmaq istəyirəm, amma yanlış olar. Klubun çörəyini yeyib komandasına xəyanət edənləri uzaqlaşdırmaq lazımdır. Kim olduğunu yaxın zamanda ortaya çıxaracam".