“Trabzonspor”un baş məşqçisi Fatih Tekke DÇ-2026-da Mərakeş millisinin futbolçusu Ayyub Buaddi barədə maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirib.
“Mərakeşin 6 nömrəsi son illərdə gördüyüm ən yaxşı “6 nömrə”lərdən biridir. Onu izlədikdən dərhal sonra prezidentə göndərdim. Sonra qiymətinə baxdım, 50 milyon avro yazılıb. Dedim, eybi yox, bunu sonra alarıq”, - deyə Tekke gülərək bildirib.
Qeyd edək ki, söhbət Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddidən gedir. 19 yaşlı futbolçu Fransanın “Lill” klubunda çıxış edir.