Fatih Terim pley-offa qələbə ilə başladı
11.03.2024 - 12:08

"Georgios Karaiskakis" stadionunda keçirilən pley-off mərhələsinin ilk həftə matçında "Olimpiakos" "Panatinaikos"u qəbul edib.
Apasport.az xəbər verir ki, meydan sahibləri Daniel Podensin 23-cü dəqiqədə vurduğu qolla 1:0 önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. "Panatinaikos" derbidə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu nəticə ilə aktivində 59 xal olan "Panatinaikos" 57 xalla 4-cü pillədə qərarlaşan "Olimpiakos"u qabaqlayaraq üçüncü yerə yüksəlib.
0
0