Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş"ın 4 futbolçusu zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"Fənərbaxça" ilə matçdan sonra bud nahiyəsində gərginlik hiss edən Emirhan Topçu, baldır nahiyəsində ağrı hiss edən Vaklav Cerny və Rafa Silva, sol dizində pes anserinus bursit diaqnozu qoyulan Necip Uysal komandanın bu gün keçirdiyi məşqdə iştirak etməyib.
Futbolçularımızın müalicə prosesləri həkim briqadamız tərəfindən davam etdirilir.
Bundan başqa, anasının xəstəliyi səbəbindən Braziliyaya getmək üçün məzuniyyətə çıxan Qabriel Paulista bugünkü məşqi buraxıb".
Qeyd edək ki, "Beşiktaş" Super Liqanın XI turunda "Fənərbaxça" ilə üz-üzə gəlib. Meydanda 10 nəfər qalan "ağ-qaralar" evdə "sarı-lacivərdli"lərə məğlub olublar - 3:2.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir