“Fənərbaxça” kapitanı ilə müqaviləni uzatdı – Minimum maaşa imza atdı
05.07.2026 - 19:12
“Fənərbaxça” kapitanı ilə müqaviləni uzatdı – Minimum maaşa imza atdı

“Fənərbaxça” kapitanlarından Mert Hakan Yandaşla müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalayıb.

Klubun açıqlamasında futbolçunun mübariz xarakteri və komandaya bağlılığının bu qərarda əsas rol oynadığı bildirilib. Mert Hakan Yandaşın “Fənərbaxça” sevgisini bir daha göstərərək, minimum maaş şərtləri əsasında müqaviləyə imza atdığı qeyd olunub.

Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ildən “Fənərbaxça”da çıxış edir.