"Fənərbaxça" Türkiyə Superkubokunun yarımfinalında "Samsunspor"a qarşı keçiriləcək oyunda 8 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Apasport.az xəbər verir ki, komandadan ayrılacağı gözlənilən İrfan Can Eğribayatla yanaşı, zədəli futbolçular Nelson Semedo, Edson Alvares, Arçi Braun və Anderson Talişka Adanaya aparılmayıb.
Bundan əlavə, Fred cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Afrika Millətlər Kubokunda iştirak edən malili Dorjeles Nene və mərakeşli Yussef En-Nesiri də heyətdə yer almayıb.
Qeyd edək ki, "Fənərbaxça" – "Samsunspor" qarşılaşması yanvarın 6-da Yeni Adana Stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi