“Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
14.07.2025 - 15:30
“Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək

“Bayer”in yarımmüdafiəçisi Qranit Caka “Fənərbaxça” və “Milan” tərəfindən istənilsə də, öz seçimini Səudiyyə Ərəbistanının “Neom” klubundan yana edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda komandalar arasında danışıqlar davam edir.

İsveçrəli futbolçu artıq elitaya yenicə yüksəlmiş “Neom” ilə şifahi razılıq əldə edib.

Qeyd edək ki, 32 yaşlı Caka 2023-cü ildə “Arsenal”dan “Bayer”ə 25 milyon avroya transfer olunub.