Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Fənərbaxça" və "Qalatasaray" bu dəfə transfer bazarında üz-üzə gəlib.
Apasport.az İtaliyanın "Tuttosport" qəzetinə istinadla xəbər verir ki, hər iki İstanbul təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Veston Makkenni ilə yaxından maraqlanır.
Amerikalı futbolçunun Turin klubu ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq və tərəflər yeni anlaşma ilə bağlı hələlik irəliləyiş əldə etməyiblər.
Xəbərdə qeyd olunur ki, Makkenni ilə “Fənərbaxça” və “Qalatasaray”la yanaşı, bir neçə Bundesliqa və Premyer Liqa klubu da maraqlanır.
Eyni zamanda, “Yuventus”un Serie A-dakı rəqibləri "Milan" və "Roma" da futbolçunun mümkün transfer variantını dəyərləndirir.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza